Hərtərəfli müharibə üçün tarix təyin edildibackend

İsrail Livanla gərginliyin aradan qaldırılması üçün martın 15-nə qədər vaxt verib. O, Qərb ölkələrini məlumatlandırıb ki, diplomatik həll yolu tapılmasa, İsrail hərtərəfli müharibə hazırlığına başlayacaq.

İsrail və HƏMAS arasındakı müharibədən dərhal sonra Livanda gərginliyin artması ilə böhran pik həddinə çatır. İsrail Livan Hizbullahına son xəbərdarlığını verdiyini bəyan edib. Hizbullaha yaxınlığı ilə tanınan “Əl-Əxbar” qəzeti ABŞ prezidenti Co Baydenin İsrail və Livan arasında vasitəçi olan baş müşaviri Amos Hochstein-in İsrail ilə görüşü ilə bağlı dərc etdiyi xəbərdə Təl-Əviv rəhbərliyinin tarix verdiyini açıqlayıb.

DIPLOMATİYA ÜÇÜN SON TARİX MARTIN 15-DƏDİR

Qərb diplomatlarına əsaslanan xəbərdə “İsrail Qərb ölkələrinə Livanla sərhəddəki gərginliyi siyasi yollarla həll etmək üçün martın 15-nə qədər vaxt verib və bu tarixdən sonra hərbi əməliyyatlar yerinə hərtərəfli müharibəyə hazırlaşacaq” iddiası yer alıb.

Mənbələr, ABŞ-ın təkidinə baxmayaraq, Beyrut və Təl-Əviv arasında atəşkəsin möhkəmlənməsinə yol açacaq “siyasi həll”in belə kafi olmadığını və böyük bir münaqişənin qarşısını alacaq davamlı həll formulunun yetərli olmadığını qeyd ediblər.

Hochstein, İsrail və Livan sərhədində 8 oktyabr 2023-cü ildən bəri davam edən münaqişələri dayandırmaq üçün 4 martda Beyrutda, ertəsi gün isə Tel-Əvivdə hökumət rəsmiləri ilə görüşdü.

Livanın baş naziri Nəcib Mikati martın 5-də verdiyi açıqlamada Ramazan ayı öncəsi Qəzzada atəşkəsin əldə olunması ehtimalının olduğunu və Ramazan ayında Livan cəbhəsi ilə bağlı danışıqların aparılacağını bildirib.

İsrail ordusu ilə Hizbullah Hərəkatı arasında 8 oktyabr 2023-cü ildən bu yana gedən qarşıdurmalarda 234 Hizbullah üzvü, 46 Livanlı mülki vətəndaş, 11 Amal Hərəkatı, 12 Həmas, 12 İslami Cihad üzvü, 6 İsrail vətəndaşı və 11 əsgər həlak olub.

QƏZZƏDƏ DAYANMA ÜMİDİ SÖNÜR

Fevralın 13-də Misirin paytaxtı Qahirədə Təl-Əviv rəhbərliyi ilə HƏMAS arasında əsir mübadiləsi razılaşması çərçivəsində görüş keçirilib.

Daha sonra bu danışıqlar Fransanın paytaxtı Parisdə davam etdirildi. Paris danışıqları fevralın 24-də Mossad direktoru David Barnea, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam (Bill) Burns, Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani, Misir Kəşfiyyat İdarəsinin rəisi Abbas Kamal və HƏMAS nümayəndə heyətinin iştirakı ilə İsrail nümayəndə heyətinin iştirakı ilə başa çatıb.

Misir mətbuatı sonuncu dəfə martın 3-də Qahirədə Misir, Qətər, Həmas və ABŞ-ın iştirakı ilə danışıqlara başlanıldığını açıqlamışdı.

Mənbə: TGRT

Aynur Camal