Həsəndən ayrıldığı gün onunla sevgili oldubackend

Dünyaca məşhur müğənni Rihanna Həsən Camaldan ayrıldığı gün repçi Drake ilə yaxınlaşmağa başlayıb. 

“Yeni Gündem” xəbər verir ki, sənətçilər Nyu-Yorkun məşhur klublarının birində görüşüblər. Cütlük ASAP Rocky-nin konsertini izlədikdən sonra gecə boyu əyləniblər.

Qeyd edək ki, Rihanna 3 illik milyarder ərəb sevgilisindən bir neçə gün bundan əvvəl ayrılıb.

Uzun illərdir Drake ilə dost olan iki məşhur sima 2016-ci ildə “MTV” video mükafatları tədbirində səmimi görüntüləri ilə diqqət çəkmişdilər. Səhnədə pop ulduza eşq elan edən repçi “o mənim 22 yaşımdan etibarən sevdiyim qadındır. Onu hamıdan üstün tuturam” deyə bildirmişdi.