Hər evdə uzatma kabelləri var, çünki heç vaxt kifayət elektrik yuvasl olmur. Bundan əlavə, cihazların çoxu ən yaxın çıxışa çatmaq üçün kifayət qədər kabel uzunluğuna malik olmurlar.
“Yeni Gundem” xəbər verir ki, bu barədə “Remontdom” “Zen” kanalı yazır
Kanal qeyd edir ki, uzatma kabelinə tamamilə qoşula bilməyən cihazlar var.
Məsələn, dondurucular və soyuducular. Bunlar böyük miqdarda enerji sərfiyyatı tələb edən daimi işləyən qurğulardır.
Paltaryuyan maşını da uzatma kabeli ilə birlikdə istifadə etmək qəti qadağandır. Bu, hətta təlimatlarda da qeyd olunub.
Bundan əlavə, qadağan olunmuş cihazların siyahısına multibişirici, toster, saç feni, ütü və mikrodalğalı soba daxildir.
Uzatma kabeli şarj cihazları, stolüstü lampalar və noutbuklar üçün qorxmadan istifadə edilə bilər.