“Həyat yoldaşları seçkilərdə qadınların şəklini asmağa icazə vermirlər”backend

“Gender bərabərliyi dünyada aktual olan məsələdir, amma yanaşma tərzləri fərqlidir. Fikrimcə, təbii yolla seçim daha məqsədəuyğun olmalıdır”.

“Yeni Gündəm” xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentdə çıxışında deyilib.

“Bizdə şərt qoyulub ki, İcra Hakimiyyəti başçısının biri qadın müavin olsun. Bəlkə üçü də qadın olsun, ya başçı qadın olsun? Bu məsələdə şərt qoyulmamalıdır.

İnsanlar bunu özləri istəməlidir. Bələdiyyə seçkilərində adi qadınlar iştirak etmirlər. Şəkillərini də asmağa həyat yoldaşları icazə vermirlər”.