Həyata tutunmaq üçün səy!backend

İsrailin mühasirəyə aldığı və bombaladığı Qəzza zolağında həyata tutunmaq uğrunda mübarizə davam edir.

Hər anı təhlükəli olan bu küçədə kiçik bir yer açıb.

İsrailin Əl-Əqsa tufanından sonra başlatdığı əməliyyatlarda can itkisi hər saat artır. Qəzzada ölümlə ölüm arasında həyat mübarizəsi davam edərkən, səyyar satıcılar çətin şərtlər altında həyata dirənir.

Qəzza zolağının ən qədim restoranı olan və falafel ilə məşhur olan Əl-Sousi restoranı hücumlardan sonra dağıntılara çevrilib. Restoran yararsız hala düşdükdən sonra restoran işçiləri küçədə piştaxtalar açmaqla çarə tapıblar.

Restoranın sahibi Abdullah Əl-Sousi çətin şərtlər altında sağ qalmaq üçün mübarizə apardıqlarını ifadə edərək, “Qəzza şəhərində Rimal, Nəsr məhəllələri və Təl Əl-Havada üç filialımız var idi və hamısı dağıdıldı”.

Restoranın bombardmandan sonra yararsız hala düşməsindən sonra Deyr Əl-Bələhə köç etdiklərini deyən Abdullah Əl-Sousi, yanlarında heç bir material olmadığı üçün çətinlik çəkdiklərini bildirib. Qaz olmadığı üçün odun yandırdıqlarını söyləyib. Əl-Sousi müharibə səbəbindən tərəvəz qıtlığının olduğunu bildirib.

Mənbə: TGRT

Aynur Camal