Azərbaycan Respubilkası Gənclər Fondunun XI Qrand müsabiqəsinin qalibi “Həyatın Mənşəyi” adlı layihənin və həmin layhə çərçivəsində nəşr edilən eyni adlı kitabın təqdimatı başa çatıb.
“Yenigundem” xəbər verir ki,Gülnar Hüseynlinin rəhbərliyi ilə həyata keçirilən “Həyatın mənşəyi” adlı layihə çərçivəsində yeniyetmə və gənclərin bədii və elmi ədəbiyyata marağının artırılması, o cümlədən, gənc yazarlara dəstək olmaq, onların ictimai fəallığının artırılmasına yardım göstərmək, və fəaliyyətlərinin dəstəklənməsi məqsədilə çoxsaylı təlimlər həmçinin diskusiya xarakterli təqdimatlar həyata keçirilib.Ekspertinin Fuad Əsəd olduğu layənin icrası zamanı Həyatın həqiqi mənşəyin, növdaxili müxtəlifliyə səbəb olan mexanizmlər, növ və növləşmə, o cümlədən, yeni növlərin necə yaranması haqqındakı araşdırma və tədqiqat işlərinin kitab şəklində təqdimatı həmçinin təqdimat zamanı bütün bunlar haqqında müzakirələr aparılıb.
Layihənin icra prosesi zamanı dəyirmi masa arxasında maraqlı diskusiyalar həyata keçirilmiş, Kaspian plazada eyni zamanda Bakı Dövlət Universitetində iki hissəli kofe breykli təşkil olunmuşdur.
Tədbirin sonunda layihə rəhbəri Gülnar Hüseynli maliyyə dəstəyinə görə Azərbaycan Prezident yanında Gənclər fonduna və bütün layihə iştirakçılarına öz minnətdarlığını bildirmişdir.