“Həyatını “qoyun” kimi yaşayanlar təəssüf ki, çoxdur” – Xatirədən tənqidlərə cavabbackend

Müğənni Xatirə İslam “Mercedes”in puluna bilet almışam, səs küyə baxın” ifadələrinə görə onu tənqid edənlərə cavab verib.

Sənətçi bu haqda instaqramda yazıb.

“Allah burada olan gözəlqəlbli insanları qorusun. Aramızda məsləhət verməyi sevən ağılsız, savadsız, dünya görüşü sıfırın altında olan və həyatını “qoyun” kimi yaşayanlar təəssüf ki, çoxdur.

Bu aqressiya isə yalnız sənət adamlarınadır. Həzmə kömək edən dərmanlar için, sakitləşdiricidən istifadə edin. Bu gündən şərh bölümünü bağlamağa qərar verdim” deyə, Xatirə paylaşımında yazıb.

Qeyd edək ki, ifaçı video paylaşaraq “Belə gəlmişik, səsə baxın. Qulaq asın… Daha nə deyim, özünüz bilirsiniz də. Biabırçılıqdır. Belə zülm olar? Bir “Mercedes”in pulunu verib bilet almışam” sözlərini söyləyib.