Həyatını sənətə həsr etmiş sənətkar mənzilsiz qalıb!backend

Bu gün ki,mövzumuz Azərbaycanın əməkdar artisti,Prezident mükafatına laiq görülmüş böyük sənətkarımız Novruz Qartal haqqındadır.

Novruz Qartal ömrünün bir çox hissəsini Azərbaycan mədəniyyətinə həsr edib.Səngərlərdə,dövlət tətbirlərində və ən əsası Azərbaycan Dövlət Musiqili komedia teatırında çalışıb.

Teatır sahəsində böyük əmək sərf edərək bir-birindən gözəl rollar yaradıb.Novruz Qartal 2013-cü ildə əməkdar artist adına layiq görülüb.Hətta müxtəlif illərdə Prezident mükafatına layiq görülüb.İllərini sənətinə,xalqına ,dövlətinə həsr edən bir sənətkarın yaşamağa mənzili yoxdur.Hal-hazırda kirayə mənzildə yaşayır.Nəzərinizə çatdırım ki,övladları işsizlikdən əziyyət çəkir.

Azərbaycan sənətkarı iki otaqlı mənzilə layiq deyilmi?

Nəyə görə həyatını,illərini,xalqına həsr edən sənətkarın mənzili olmamalıdır.Milli Məclisin deputatı Qənirə Paşayevanın Novruz Qartal haqqında Milli Məclisdə səsləndirdiyi fikri dinlədim.

Qənirə Paşayeva: Azərbaycanın əməkdar artisti ,ağır xəstə olaraq son günlərini yaşayan Novruz Qartal haqqında danışmaq istəyirəm.Novruz Qartal hər zaman bir sənətkar kimi ön cəbhədə əsgər və zabitlərimizin qarşısında çıxış edib,mədəniyyət sahəsinə öz tövhəsini verib.Qənirə Paşayeva bildirib ki,Novruz Qartal  ağır vəziyyətdə kirayədə yaşayır.Sosial maddi durumu çox çətindir.Bir neçə gün əvvəl onu ziyarət etdik.Novruz Qartalın ən böyük istəyi ömrünün son günlərini 1 otaqlı da olsa,öz evimdə yaşamaqdır.Mən müvafiq dövlət qurumlarına ,tikinti şirklətlərinə üz tutaraq Azərbaycan mədəniyyətinə önəmli töhfələr vermis sənətkarın son arzusunu həyata keçməsi üçün dəstək göstərməyə çağırıram.

Həmin çıxış: https://yenigundem.az/qenire-pasayevadan-aktyor-novruz-qartalla-bagli-milli-https://yenigundem.az/qenire-pasayevadan-aktyor-novruz-qartalla-bagli-milli-meclisden-muraciet/-muraciet/

Qənirə Paşayevanın bu fikrindən sonra hesab edirəm ki, aidiyyəti qurumlar sənətkarın bu vəziyyətini nəzərə alarlar.Qalib ölkənin sənətkarı mənzilsiz yaşaya bilməz.İnanıram ki,dövlətimiz tərəfindən sənətkarımız mənzillə təmin ediləcəkdir!

 Elnur Hacıyev

Yenigundem.az