Həyəcan təbili: 70 min tibb işçisi çatışmırbackend

İranın səhiyyə nazirinin səhiyyə xidmətləri üzrə müavini Abbas Əsədi səhiyyə sahəsində həyəcan təbili çalındığını və ölkədə 70 min tibb işçisinin çatışmazlığına görə xəstəxanalarda vəziyyətin ağır olduğunu deyib.

“Yeni Gundem”in əldə etdiyi məlumata görə, İranda tibb işçilərinin xarici ölkələrə mühacirəti davam edir və hər il 1500 tibb işçisi Avropa və Körfəz ölkələrinə köçür.

İranda Səhiyyə Sistemi Təşkilatının sədri Məhəmməd Mirzəbeygi bu vəziyyətə toxunaraq deyib: “Gündəlik 5-6, orta hesabla ayda isə 100-150 tibb işçisi ölkəni tərk edir”.

Mənbə: Azad İran

Aynur Camal