Heykəl böhranına Afinadan yeni təklif gəldibackend

İngiltərə və Yunanıstan arasındakı heykəl böhranına Afinadan yeni təklif.

Yunanıstanın Mədəniyyət Naziri Lina Mendoni, qədim heykəllərin Afinaya qaytarılacağı təqdirdə Britaniya Muzeyindəki “boşluğu dolduracaq” başqa əsərlərin də göndəriləcəyinə söz verib.

Yunanıstan naziri, Parthenon mərmərlərinin Afinada birləşəcəyi təqdirdə, ölkəsinin Britaniya Muzeyindəki “boşluğu doldurmaq” üçün ən böyük xəzinələrindən bəzilərini ayırmağa hazır olduğunu söyləyib.

Eramızdan əvvəl 5-ci əsrin şah əsərlərinin geri qaytarılması kampaniyasının başlamasından bir il sonra Guardian-a danışan Lina Mendoni Britaniya Muzeyindəki yunan qalereyalarının heç vaxt boş qalmayacağına söz verib.

“Mövqeyimiz bəllidir. Əgər heykəllər Afinada birləşərsə, Yunanıstan boşluğu doldurmaq üçün mühüm antik əşyaların dövri sərgiləri təşkil etməyə hazırdır” deyib.

 İngiltərə ilə Yunanıstan arasında heykəl böhranı

Parthenonun bu günə qədər gəlib çatmış orijinal heykəllərinin təxminən yarısı Britaniya Muzeyindədir.

Yunanıstan heykəllərin geri qaytarılmasını tələb etsə də, muzey rəhbərliyi bu çağırışa cavab vermir.

Yunanıstanın paytaxtı Afinadakı Parthenon məbədi eramızdan əvvəl V əsrdə tikilmişdir.

1800-cü illərin əvvəllərində Britaniya səfiri Tomas Brüs məbəddən parçalar və heykəlləri ölkəsinə gətirdi. 1815-ci ildə Britaniya muzeyinin rəsmiləri Brüsdən qədim yunan əsərlərini almışdılar.

 O vaxtdan Londondakı Britaniya Muzeyində sözügedən tarixi əsərlər sərgilənməyə başlanıb. Hazırda isə Yunanıstan özünə aid əsərləri Britaniyadan geri almağa çalışır.

Mənbə: TrtHaber

Aynur Camal