Heyvanlar ətrafı necə görür?backend

Heyvanların necə gördüyünü göstərən kamera hazırlanıb.

Alimlər heyvanların dünyanı necə gördüyünü göstərən yeni kamera sistemi üzərində işləyirlər. Onun 92 faiz dəqiqlik dərəcəsinə sahib olduğu düşünülür. PLOS Biology elmi jurnalında dərc olunan araşdırmaya görə, heyvanların rəngləri necə gördüklərini 92 faiz dəqiqliklə göstərən kamera hazırlanıb.

Kamera sistemi üzərində çalışan elm adamları tərəfindən yazılmış məqalədə deyilir ki, “Kamera və əlaqəli proqram paketi ekoloqlara heyvanların dinamik mühitlərdə rənglərdən necə istifadə etdiyini, təbii işıq mənbəyinin rəng qavrayışını necə dəyişdirdiyini və s. araşdırmaq imkanı verəcək. Uyğun vasitələrin olmaması səbəbindən bu günə qədər suallar cavabsız qalıb”.

 

 

 

 

 

Araşdırmalar çərçivəsində bir qrup elm adamı xüsusi kamera və proqram təminatından istifadə edərək mavi, yaşıl, qırmızı və ultrabənövşəyi kimi rənglərdə videolar hazırlayıb.

Daha sonra heyvanların gözləri ilə bağlı məlum olanlara uyğun olaraq videolar dəyişdirilib və əldə edilən məlumatlar yeni videoya çevrilib.

Tədqiqatçılar hər bir heyvanın rəngləri fərqli qəbul etdiyinə diqqət çəkiblər.

Kamera sistemində “şüa ayırıcı” adlı xüsusi hissənin olduğunu bildirən alimlər bu hissə sayəsində ultrabənövşəyi işığın normal işıqdan ayrılaraq iki fərqli kameraya paylandığını bildiriblər.

 

 

 

 

 

Normal kameralar və 3D printerlərin köməyi ilə istehsal edilən bəzi hissələrin birləşdirilərək yaradılan yeni kamera sistemi hələ satışda deyil, lakin istifadə edilən proqram təminatı tədqiqatçıların faydalanması üçün açıq mənbə olaraq paylaşılıb.

Aynur Camal