Alimlər heyvanların insan qorxusuna necə reaksiya verdiyini kəşf ediblər.
İtlər və atlar qorxduqları zaman qoxuda dəyişiklik hiss edirlər. Tur Universitetinin (Fransa) alimləri eksperimental olaraq sübut ediblər ki, bəzi heyvanlar insan qoxusundan duyğuları tanıya bilirlər. Bu barədə Livescience yazır.
Tədqiqat zamanı könüllülər bir gün komediyaya, ikinci gün isə qorxu filminə baxıblar. Hər seansdan sonra mütəxəssislər iştirakçılardan tər nümunələri götürərək ekranda gördüklərindən nə qədər sevinc və ya qorxu yaşadıqlarını söyləmələrini xahiş ediblər. Daha sonra alimlər heyvanlara eyni adamdan fərqli duyğuların iki tamponunu təqdim edərək nümunələri iyləmək üçün atlara veriblər.
Atlar qoxulara fərqli reaksiya verirdilər. Belə ki, heyvan komediyaya baxarkən təri çəkilmiş pambıq yastığı yalnız sol burun dəliyinin köməyi ilə iyləyib. Ancaq qorxu nümunəsi görünəndə, at hər iki burun dəliyindən nəfəs aldı və bunu etmək üçün daha çox vaxt alıb.
Tədqiqatçılar, atların reaksiyalarının arxasında başqalarının davranışına təsir edə bilən heyvanlar tərəfindən istehsal olunan kimyəvi siqnalların ola biləcəyini düşünürlər. Beləliklə, insan tərinin tərkibində adrenalin və androstadienon (feromona bənzər zülal) var. İnsanın qorxu anlarında tər qoxusunu dəyişən bu birləşmələrdir. Onlar emosional vəziyyət haqqında məlumatı bir növdən digərinə ötürə bilirlər.
İtlər üzərində aparılan oxşar araşdırma bu heyvanların qoxuya görə də insan duyğularını ayırd edə bildiyini göstərib. Dördayaqlı heyvanlar özlərini xoşbəxt hiss etdikdə insana yaxınlaşıb, onunla daha fəal ünsiyyət qurublar. İtlər qorxu iyi gələndə mənbədən mümkün qədər uzaq durmağa çalışıblar və təcrübənin aparıldığı otağı tərk etməyə çalışıblar.
Alimlər kəşflərini növlərarası emosional ünsiyyət adlandırıblar.
Əvvəllər elm adamları keçilərin səsləri ilə insanın duyğularını ayırd edə bildiyini aşkar etmişdilər.
Mənbə: mail.ru
Aynur Camal