Hikmət Hacıyev: “Tarixi abidələrin dağılması sözün həqiqi mənasında vandalizimdir”backend

Dekabrın 2-də ADA Universitetində “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu (“Peace4Culture” Partners Forum) işə başlayıb.

“Yeni Gündəm” xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev açılışı edərək II Qarabağ müharibəsində Azərbaycanın tarixi abidələrinin dağılmasının sözün həqiqi mənasında vandalizm adlandırdı.

“44 gün davam edən müharibədə Azərbaycan qalib gəldi. Bu da Cənubi Qafqazda böyük imkanlar açmış oldu. Ali Baş Komandan Ermənistan tərəfi ilə sülh yolu ilə həll etmək istəyirdi. Bizim əsas məqsədimiz sülhü təmin etmək idi. Biz işğaldan azad olunmuş torpaqlara getdiyimizdə Azərbaycanın mədəni irsi dağıdılmışdı, məhv edilmişdi. Beynəlxalq təşkilatları cəlb etmişdik ki, onlar da bu vandallığı görsün.

Artıq bizim mədəni irsimizə qarşı törədilən vandallığı dünya bilsin. Biz istəyirik ki, sülh konsepsiyası Cənubi Qafqazın hüdudlarından çıxsın və biz də onu icra edə bilək. Bu təşəbbüs çox vacibdir, ölkənin sülh konsepsiyası üçün xalqların birgə yaşaması üçün vacibdir”.

Təbriz Məhərrəmoğlu

Yenigundem.az