Hillari Klinton dərs deməyə gəldiyi məktəbdən qaçdıbackend

İsraili dəstəklədiyini bəyan edən Hillari Klinton dərs deməyə gəldiyi məktəbdən qaçıb.

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Kolumbiya Universitetində gözlənilməz reaksiya ilə qarşılaşıb.

 Tələbələr İsraili dəstəkləyən Klintona “Siz soyqırımı dəstəkləyirsiniz” deyərək reaksiya veriblər.

İsrailin Qəzzada törətdiyi qırğınlara dəstək verən ABŞ-ın keçmiş birinci xanımı və dövlət katibi Hillari Klinton mühazirə oxumaq üçün Kolumbiya Universitetinə gedib. Amma universitetdə böyük reaksiya ilə qarşılaşdıqda dərhal oranı tərk etməli olub.

İsrailə dəstəyini açıq şəkildə ifadə edən Klinton tələbələrin Qəzza hərəkəti ilə üzləşib. Toplanan tələbə qrupu Klintona “Hillari, Hillari, gizlənə bilməzsən. Soyqırımı dəstəkləyirsən, ayıb olsun” deyərək reaksiya verib.

Klintona reaksiya verdikdən sonra etiraz üçün toplanan tələbə qrupu Universitetə, onun rəhbərliyinə də reaksiyalarını bildirib və “Kolumbiyanın əlləri qana bulaşıb!” deyə şüarlar səsləndiriblər.

Mənbə: TGRT

Aynur Camal