Hindistanda tunel çökdü: 40 işçi sıxışıbbackend

Hindistanın Uttarakhand əyalətindəki Uttarkaşi bölgəsi ilə şimaldakı Yamunotri dağlıq bölgəsini birləşdirən 4,5 kilometr uzunluğunda avtomobil yolu tuneli bu gün tikinti işləri zamanı çöküb. Növbə dəyişikliyi zamanı baş verən hadisədə tikintidə çalışan 40 işçi tuneldə qalıb.

“Yeni Gundem” xəbər verir ki, Dövlət Fəlakətlərə Qarşı Mübarizə Zabiti Durgesh Rathodi tunelin təxminən 200 metri çökdüyünü deyib.

İçəridə 40 işçinin qapalı qaldığını bildirən Rathodi, “İçəridə qalanlara hazırda oksigen verilir, lakin xilasetmə qrupları dağıntıları çıxarmağa çalışarkən, daha çox çökmə baş verir”.

Uttarakhand əyalətinin baş naziri Pushkar Singh Dhami, “Tuneldə sıxışan işçilərin təhlükəsiz şəkildə çıxarılması üçün Allaha dua edin” deyib.

Mənbə: hurriyyət.tr

Aynur Camal