Hökumət və OLA arasında sülh danışıqları davam edirbackend

Tanzaniyanın Dar əs-Salam şəhərində Efiopiya hökuməti ilə qiyamçı Oromo Azadlıq Ordusu (OLA) arasında sülh danışıqları bərpa edilib.

Yerli mətbuatın məlumatına görə, Efiopiyada münaqişələrə son qoymaq üçün sülh danışıqları davam etdirilib.

Xatırladaq ki, Efiopiya hökuməti ilə üsyançı OLA arasında may ayında nəticəsiz başa çatmışdı.

Danışıqlar zamanı tərəflər Efiopiyada münaqişəyə daimi və sülh yolu ilə son qoymağı hədəfləyirlər.

Efiopiya hökuməti hələlik sülh danışıqları ilə bağlı açıqlama verməyib.

Əddis-Əbəbə hökuməti illərdir Oromiya əyalətində milli ordu qüvvələrinə qarşı silahlı əməliyyatlar həyata keçirən OLA-nın dinc mübarizə yolunu tutmasını istəyir. Əsasən silahlarını yerə qoymaqdan imtina edən Oromo Azadlıq Cəbhəsinin (OLF) keçmiş üzvlərindən ibarət OLA 2021-ci ildə ölkənin şimalında üsyançı Tigray Xalq Azadlıq Cəbhəsi (TPLF) ilə ittifaq bağlamışdı.

Qeyd edək ki, OLA, ölkənin ən sıx məskunlaşdığı etnik qrup olan Oromoslara qarşı həyata keçirilən ayrı-seçkilik siyasətinə etiraz edir və Oromoslara öz müqəddəratını təyinetmə hüququnun verilməsini müdafiə edir.

Mənbə: TrtHaber

Aynur Camal