Hollandiya Quru Qoşunlarının komandanı general-leytenant Martin Wijnen “Rusiya ilə müharibəyə hazır olmalıyıq” deyib.
“Yeni Gundem”in əldə etdiyi məlumata görə, Wijnen bu barədə Hollandiyanın De Telegraaf qəzetinə ordu ilə bağlı danışarkən deyib.
Hollandiyanın Rusiya ilə münaqişəyə daha hazırlıqlı olması lazım olduğunu bildirən Wijnen bunun “hər kəsin dəbilqə taxmağa başlayacağı” anlamına gəlmədiyini, ölkəsinin İsveç, Finlandiya və Baltikyanı ölkələrdən nümunə götürməsi lazım olduğunu vurğulayıb. Rusiya ilə sərhəd ölkələr müharibəyə daha çox hazırdır.
Wijnen, “Hollandiya öyrənməlidir ki, işlər pis gedəndə bütün cəmiyyət hazır olmalıdır”. “Rusiyanın anladığı bircə dil var, o da güclü ordudur”.
Hollandiyanın Rusiyadan 1500 kilometr uzaqda olduğu üçün təhlükəsizliyinin təmin edildiyini düşünməməsi lazım olduğunu qeyd edən Wijnen, “Rusiyanın anladığı tək dil var, o da güclü ordudur” deyə vurğulayıb.
Bu kontekstdə Wijnen bildirib ki, Müdafiə Nazirliyində kadr çatışmazlığının aradan qaldırılması vacibdir. Yanvarın 1-də vəzifəsini təhvil verəcək Wijnen 2021-ci ildən Hollandiya Quru Qoşunlarının komandanıdır.
Mənbə: TrtHaber
Aynur Camal