Hollivud əfsanəsi dünyasını dəyişdibackend

Hollivud əfsanəsi, aktyor Kristofer Plammer 91 yaşında dünyasını dəyişib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə “Deadline” nəşri aktyorun ailəsinə istinadən xəbər verib.

O, cümə günü Konnektikut ştatındakı (ABŞ) evində dünyasını dəyişib. Mərhumun ölüm səbəbi açıqlanmır.

Plammer 100-dən çox filmə çəkilib. Aktyor daha çox “Musiqi sədaları” filmindəki kapitan fon Trapp rolu ilə məşhurdur. 2012-ci ildə o, “Yeni başlayanlar” filmindəki ikinci plan roluna görə “Oskar” mükafatına layiq görülüb, 2018-ci ildə isə “Dünyanın bütün pulları” adlı ekran işindəki roluna görə sözügedən mükafata namizəd olub. O, həmçinin “BAFTA”, “Qızıl qlobus” və “Emmi”yə layiq görülüb.