Hollivud filmindən qovuldubackend

Fələstinə açıq dəstək verdiyi üçün ABŞ-da film heyətindən uzaqlaşdırılan meksikalı aktrisa Melissa Barrera, “Buna ən çox ehtiyacı olanlar üçün danışmağa, sülh və təhlükəsizliyi, insan hüquq və azadlıqlarını müdafiə etməyə davam edəcəyəm” deyib.

“Yeni Gundem” xəbər verir ki, Barrera İnstaqram hesabında “Fəryad 7″ filminin heyətindən uzaqlaşdırılması ilə bağlı açıqlama verib.

Yazısında antisemitizmi və müsəlmanlara qarşı olan əhval-ruhiyyəni (İslamofobiya) pislədiyini vurğulayan Barrera, “Bu dünyada dinindən, irqindən, etnik mənsubiyyətindən, cinsindən, cinsi oriyentasiyasından və sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq hər bir insan bərabər insan hüquqlarına layiqdir, ləyaqət və əlbəttə ki, azadlıq” deyib.

Barrera, “heç bir idarəedici orqanın tənqiddən üstün olmamasına” inandığını ifadə edərək əlavə etdi: “Mənə səsimi eşitdirmək imtiyazını verən bir platformaya sahib olmaq üçün məsuliyyət hiss edirəm və buna görə də problemlər haqqında məlumatlılığı artırmaq üçün istifadə etməyə çalışdım. Ehtiyacı olanlara səsimi çatdırmaq üçün əhəmiyyət verirəm. Ən çox ehtiyacı olanlar üçün danışıram.” “Sülh və təhlükəsizliyi, insan hüquqlarını və azadlığını müdafiə etməyə davam edəcəyəm. Susmaq mənim üçün seçim deyil” deyib.

Variety jurnalına verdiyi açıqlamada prodüser şirkətinin “spy-glass” sözçüsü Barreranın Fələstin davasına verdiyi dəstəyə görə yox, sosial şəbəkələrdəki paylaşımlarının antisemit hesab edildiyi üçün aktyor heyətindən uzaqlaşdırıldığını müdafiə edib.

“Spyglass”ın mövqeyi tamamilə aydındır: antisemitizmə və ya nifrətin qızışdırılmasının istənilən formasına, o cümlədən soyqırım, etnik təmizləmə, Holokostun təhrifi və ya nifrət nitqinin sərhədlərini aşan hər hansı açıq istinad daxil olmaqla, sıfır dözümlüyümüz var” deyib.

Barrera İnstaqram hesabındakı paylaşımlarında İsrailin Qəzzaya hücumlarına reaksiya verib və Qərb mediasını “birtərəfli” olmaqda ittiham edib.

Həmçinin digər tərəfdən Barrera aktyor heyətindən uzaqlaşdırıldıqdan sonra amerikalı aktrisa Cenna Orteqa da “Fəryad 7” filminin heyətindən ayrılıb.

Orteqanın ikinci sezonunun çəkilişlərinə görə rol aldığı “Çərşənbə” filmindən ayrıldığı təsdiqlənib.

Lakin yerli media keçmişdə Fələstini dəstəkləyən paylaşımlar edən Orteqanın Barreranın işdən çıxarılmasına reaksiya olaraq filmi tərk etdiyini iddia edib.

Mənbə: TrtHaber

Aynur Camal