xəbər verir ki, hücumun səbəbləri araşdırılarkən bunun iki qrup arasında baş verən dava ilə bağlı ola biləcəyi düşünülür. Hollivud çimərliyində baş verən hadisədə qurbanların ən kiçiyinin cəmi 1, ən böyüyünün 65 yaşında olduğu və hamısının müalicə üçün xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Polis hadisə ilə bağlı indiyədək bir nəfəri saxlayıb. Ərazidə görünən daha bir şəxsin axtarıldığı bildirilir. Hadisənin baş verdiyi Florida ştatının Hollivud qəsəbəsində çimərliklərin təhlükəsizliyi ilə bağlı əlavə tədbirlərin görüləcəyi bildirilib.