Türkiyənin ermənidilli “Agos” qəzetinin baş redaktoru Hrant Dinki qətlə yetirən Ogün Samast şərti azadlığa buraxılıb.
Bu barədə yerli mətbuat məlumat yayıb.
DHA-nın xəbərinə görə, 16 il 10 aydır həbsxanada olan Samastın bir il əvvəl “yaxşı rəftar səbəbi ilə şərti azadlığa buraxılması” çərçivəsində cəzasının tamamlandığı bildirilib.
Qeyd edək ki, erməni əsilli türkiyəli jurnalist Hrant Dink “Aqos” qəzetinin baş redaktoru olub. O, 19 yanvar 2007-ci ildə İstanbulda işlədiyi redaksiya binasının qarşısında sui-qəsd nəticəsində öldürülüb./APA