İsrailin baş naziri Binyamin Netanyahunun “sirdaş” kimi təsvir edilən İsrailin keçmiş milli təhlükəsizlik müşaviri Yaakov Amidror blokadada olan Qəzza zolağına hücumlar bitdikdən sonra İsraildə seçkilərin keçirilməli olduğunu bildirib.
“Yeni Gundem” xəbər verir ki, Amidror qatıldığı yerli radioda verdiyi proqramda İsrailin Qəzzaya hücumları və ölkədəki siyasi atmosferlə bağlı qiymətləndirmələr edib.
Hücumlar bitdikdən sonra baş nazir Netanyahunun seçkilərlə bağlı qərar verməsi lazım olduğunu deyən Amidror, “Seçkilərin müharibədən sonra keçirilməsi məqsədəuyğun olardı” deyib.
İsraildə keçirilən sorğulara görə, Netanyahuya ictimai dəstək azalır. Bir çox siyasi ekspertlər Qəzzaya hücumlardan sonra İsraildə növbədənkənar seçkilərin keçiriləcəyini şərh edirlər.
Mənbə: TrtHaber
Aynur Camal