Sionist işğalçı rejimin qondarma baş naziri Benyamin Netanyahu beynəlxalq təzyiqlərə baxmayaraq, Qəzza zolağında hücumları sona qədər davam etdirəcəklərini bildirib.
İşğal olunmuş ərazilərin cənubundakı hərbi qərargahı ziyarət edən Netanyahu,
“Davam edin. Son əsgərə qədər davam etməyinizi istəyirəm. HƏMAS-ı məhv edənə qədər sona, qələbəyə qədər davam edəcəyik” deyib.
Netanyahu, “Beynəlxalq təzyiqlərə baxmayaraq, heç nə bizi dayandıra bilməz. Bu müharibə davam edəcək” deyə əlavə edib.
Ötən gün İzzəddin Əl-Qəssam Briqadalarının Qəzza zolağının şimalında təşkil etdiyi pusqu nəticəsində 10 əsgərin şəhid olmasına işarə edən Netanyahu, “Dünən çox çətin bir gün keçirdik” deyib.
Sionist işğal rejiminin qondarma baş nazirlik sözçüsü Ofir Gendelman da Qəzzada atəşkəsə icazə verməyəcəklərini bildirib.
Atəşkəsin HƏMAS-a sağalma və rahatlama fürsəti verəcəyini müdafiə edən Gendelman, “Həması məhv etdikdən sonra atəşkəs ola bilər” deyib.
Gendelman, “ABŞ-ın HƏMAS-a qarşı müharibəni dayandırmaq üçün təzyiqlərə qarşı Təl-Əvivin yanında olduğunu, lakin iki ölkə arasında da bəzi fikir ayrılıqlarının olduğunu” qeyd edərək, “Bəli, müharibədən sonrakı proseslə bağlı Vaşinqtonla aramızda fikir ayrılıqları var” deyib. Ancaq bu, “Ümid edirik ki, məsələ ilə bağlı ortaq bir anlaşma əldə edə bilərik” deyib.
Mənbə: İLKHA
Aynur Camal