Hulusi Akardan Zakir Həsənova qardaş payı… – Fotolarbackend

Türkiyə müdafiə naziri Hulusi Akar və Azərbaycan müdafiə naziri Zakir Həsənov Türkiyənin Qars bölgəsində keçirilən “Qış-2021” Türkiyə-Azərbaycan Birgə Müştərək Tabor Xidmət Gücü Təlimlərini izləyib.

“Yeni Gündəm”  xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyinin rəsmi səhifəsində təlimlərdən son fotogörüntülər yerləşdirilib.

Təlimləri izləməyə, həmçinin Türkiyənin Baş Qərargah rəisi general Yaşar Gülər, Quru Qoşunları Komandanı general Ümit Dündar, Dəniz Qüvvələri Komandiri admiral Adnan Özbal və Hərbi Hava Qüvvələri Komandanı general Həsən Küçükakyüz də qatılıb.

Hulusi Akar təlimlərin keçirildiyi ərazidə yerləşən çörək sexində hazırlanan çörəklərdən birini bölərək Zakir Həsənovu çörəyə qonaq edib.

Hər iki nazir daha sonra “Qarda və Şiddətli Soyuqda Döyüş Parkuru” meydanına keçiblər. Burada qış təchizatlı komando bölməsi tərəfindən oxunan “Komando And”ını dinlədikdən sonra Akar və Həsənov “Allah Türk orudusunu qorusun”,- deyə bildiriblər.

Qafqazinfo

image-df image-14l image-dfg image-dfrt image-rty image-ert image-fghk image-kl image-fty image-lkj image-mn image-pl image-t2 image-t4 image-t5 image-t6 image-t8 image-t10 image-t12 image-t11 image-t15 image-t17 image-vb