Lənkəran rayonunun Girdəni kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
“Yeni Gundem” xəbər verir ki, qəza noyabrın 27-də saat 19 radələrində qeydə alınıb.
Şəhər sakini F.Bədəlov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən kənd sakini Yunis Quliyevi vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.