İbrahim Rəisi Türkiyənin xarici işlər nazirini qəbul etdibackend

“Yeni Gundem”in əldə etdiyi məlumata görə, İran prezidenti İbrahim Rəisi Türkiyənin xarici işlər nazirini qəbul edib.

Görüş zamanı İran prezidenti deyib ki, Qafqaz regionu ölkələri arasında dialoqların problemlərin həlli üçün əsas olacağına nə qədər inanırıqsa, yad qüvvələrin məsələyə müdaxiləsinin regionun problemlərini daha da çətinləşdirəcəyini hesab edirik.

Qafqaz bölgəsində həlli mümkün olmayan problem yoxdur və qarşıda duran vəzifələrin həlli üçün “Qafqaz Əməkdaşlıq Qrupu”nun imkanlarından istifadə edilməlidir”- deyə vurğulayıb.

Hakan Fidan isə öz növbəsində İran İslam Respublikasının bölgədə sülh və sabitliyin bərqərar olmasındakı rolunu təsirli, qətiyyətli və təşəbbüskar hesab etdiyini bildirib.

Mənbə: EnSonHaber

Aynur Camal