Əvvəllər nəqliyyat vasitələrinin arxa yan şüşələrində mayın 1-dən noyabrın 15-dək pərdə və plyonkadan istifadəyə icazə verilirdi. Ötən il bu qadağanın ləğv edilməsi ilə bağlı ”Yol hərəkəti haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik olunsa da, bununla bağlı standart hələ də müəyyən edilməyib.
“Yeni Gundem” xəbər verir ki, Xezerxeber.az-ın məlumatına görə, millət vəkili Vüqar İskəndərov deyir ki, ötən il Milli Məclisin plenar iclasında sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin, yəni pərdə və ya plyonkaların çəkilməsi qaydası müzakirə edilib və müvafiq qərar qəbul olunub.