İçməli suyun verilişində fasilələr olacaq – BAKIbackend

Ziya Bünyadov prospektində piyada keçidinin tikintisi layihəsi çərçivəsində ərazidən keçən magistral su kəmərinin köçürülməsi ilə əlaqədar 25 sentyabr 2020-ci il tarixində gün ərzində Binəqədi və Nərimanov rayonlarının bəzi ərazilərinə içməli suyun verilişində fasilələr olacaq.

“Yeni Gündəm” xəbər veriri ki, bu barədə “Azərsu” ASC-dən məlumat verilib.

Yaranacaq narahatlıqla əlaqədar ASC abonentlərdən üzr istəyir. //Baku.ws