İcra başçısı 4,5 metrdən yıxıldıbackend

Sosial media bu görüntülərdən danışır… İcra başçısının 4,5 metrdən yıxılması ilə bayram gecəsi fəlakətə çevrilib.

Hindistanda proqram təminatı şirkəti Vistex tərəfindən təşkil edilən bayram gecəsində şirkətin baş direktoru Sanjay Şah və prezident Vişvanat Raju Datlanın olduğu dəmir qəfəsin ipi qopub. Baş verən bədbəxtlik nəticəsində Şah 4,5 metr hündürlükdən yıxılaraq həyatını itirib, Datlanın isə həyati təhlükəsi davam edir.

Şirkətin gümüş yubiley tədbirləri zamanı baş direktor Sanjay Şah və sədr Vişvanat Raju Datla səhnəyə möhtəşəm bir giriş etmək istəyiblər və atəşfəşanlıqla bəzədilmiş dəmir qəfəsə daxil olublar.

Qəfəs səhnəyə endirilərkən kəndirlərdən biri qopduğu üçün baş direktor Şah və prezident Datla 4,5 metr hündürlükdən yerə yıxılıblar.

Baş direktor qəzada həyatını itirərkən, prezident Datlanın vəziyyətinin kritik olduğu öyrənilib.

Şənlik iştirakçılarının çəkdiyi videoda aşağı endirilən qəfəsin yenidən yuxarı çəkildiyi, bir müddət silkələdikdən sonra ipin qopduğu və 2 menecerin səhnəyə yıxıldığı görünür.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Mənbə: hurriyyət.tr

Aynur Camal