İcra başçısı liseyin pəncərələrini hördürdü: “Villam görünməsin..” – VİDEObackend

Tərtər rayonunun icra başçısı Müstəqim Məmmədov 96 saylı Tərtər Peşə Liseyinin pəncərələrini hördürüb.

Bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Məlumatda deyilir ki, liseyin binası icra başçısının evinin yaxınlığında yerləşir:

“Müstəqim Məmmədov pəncərələri hördürüb ki, evi görsənməsin”.

Bildirilir ki, liseydə hazırda Kəlbəcərdən olan məcburi köçkünlər məskunlaşıb.

Məlumatda o da bildirilir ki, Müstəqim Məmmədovun yaşadığı ev dövlət əmlakı olub. İcra başçısı onun özəlləşdirərək özünə ev edib.