İdmançı İrlandiyanın immiqrasiya siyasətini tənqid etdibackend

Konor Makqreqor İrlandiyada miqrasiya əleyhinə etirazların səsinə çevrilib. İrlandiya polisi yüngül çəkidə keçmiş UFC çempionu ilə bağlı araşdırmaya başlayıb.

MMA döyüşçüsü Dublində bir immiqrantın məktəb yaxınlığında uşaqlara bıçaqla hücumundan sonra baş verən iğtişaşlar səbəbindən İrlandiyanın immiqrasiya siyasətini tənqid edib.

İrlandiya polisi Dublindəki iğtişaşlar zamanı 34 etirazçını həbs edib. İğtişaşçıların mağazanın şüşələrini sındırması və avtomobilləri yandırması nəticəsində nümayişçilərin böyük ziyan vurduğu bildirilir.

“Mən dünənki iğtişaşlara və öz vəzifə borcunu yerinə yetirən əməkdaşlarımıza hücumlara haqq qazandırmıram. Mən soyğunçuluğu qəbul etmirəm. Gecə baş verənlər qarşılaşdığımız problemlərin həllinə heç nə vermədi. Amma mən məyusluğu başa düşürəm və dəyişikliyi təmin etmək üçün fəaliyyətə ehtiyac olduğunu qəbul edirəm.

İrlandiya dəyişiklikləri, lazımi dəyişiklikləri görmək üçün inkişaf edəcək. Əgər onlar tezliklə İrlandiyanın təhlükəsizliyini təmin etmək planını qəbul etməsələr, mən edəcəyəm”, – Makqreqor sosial şəbəkələrdə yazıb.

“Milli təhlükəsizlikdə əsl uğursuzluq var. İrlandiyaya daxil olanları qiymətləndirmək üçün bizə yeni təşkilat lazımdır. Onun görünüşündən həm vətəndaşlarımız, həm də qonaqlarımız faydalanacaq və rahatlıq qazanacaqlar”, – deyə keçmiş UFC çempionu əlavə edib.

Mənbə: mail.ru

Aynur Camal