Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində idmançı Fəridə Əzizovanın evindən içərisində 35000 manat və 18800 dollar olan seyfi oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovaya hökm oxunub.
“Yenigundem”in verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə N.İsrafilov 10 il müddətinə azadlıqdan məhrum edilib. N.Fərəcovaya isə şərti cəza verilib, o istintaq zamanı da həbs edilmədiyi üçün sərbəst qalıb.
N. Fərəcovanın ailəsi idmançıya dəyən ziyanı tam ödəyib.
İttihama görə, 2017-ci il sentyabrında Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 70 min manata yaxın pul olan seyf oğurlanıb.