“Rusiya prezidenti Vladimir Putinlə Çin prezidenti Si Cinpin arasında heç vaxt rəsmi görüş olmayıb”. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Global Times” qəzetinə müsahibəsində bildirib.
Qeyd edək ki, bu gün Vladimir Putin “Bir kəmər, bir yol” forumunda iştirak etmək üçün Pekinə iki günlük səfərə gedib.
Zaxarova həmçinin, sürətlə dəyişən geosiyasi vəziyyət şəraitində iki ölkə liderləri arasında görüşlərin əhəmiyyətinin artdığını vurğulayıb. “Bu cür görüşlər Rusiya və Çin arasında əlaqələrin keyfiyyətcə möhkəmlənməsinə töhfə verirlər”-deyə o vurğulayıb.
Zaxarova açıqlamasında bildirib ki, iki ölkə liderləri arasında istənilən təmas mövqeləri mahiyyətcə əlaqələndirmək və yeni irimiqyaslı əməkdaşlıq layihələrini təsdiqləmək üçün də bir fürsətdir.
Mənbə: Lenta.Ru
Aynur Camal