ABŞ prezidenti Co Bayden İsraili ən sərt tənqid edərkən, İsrailin baş naziri Binyamin Netanyahu aralarındakı uçurumu etiraf edərək, “Bəli, fikir ayrılıqları var” deyib.
Bu gün dərc olunan təhlillərində ABŞ və İsrail mətbuatı Netanyahunun “Qəzza inadının” iki sadiq müttəfiqi arasında olduğunu vurğulayır. Qəzzadakı mülki qırğından sonra ABŞ dünya arenasında, Netanyahu isə öz ölkəsində getdikcə daha çox təcrid olunur.
Müharibə başladığı gündən bəri sorğu-sualsız dəstəyi ilə İsrailin arxasında dayanan ABŞ dünən Tel-Əviv rəhbərliyinə çox açıq bir xəbərdarlıq göndərib.
ABŞ prezidenti Co Bayden, Qəzzanın ayrı-seçkilik etmədən bombalanmasının bütün dünyada İsrailin dəstəyini itirməyə başladığını ifadə edərək, “Netanyahu yaxşı dostdur, amma onun dəyişməsi lazım olduğunu düşünürəm. İsraildəki bu hökumət onun hərəkətə keçməsini çox çətinləşdirir” deyib.
“Bütün dünya ictimaiyyətinin rəyi bir gecədə dəyişə bilər. Biz buna yol verə bilmərik”.
Mənbə: hurriyyət.tr
Aynur Camal