İki qalaktikanın birləşən anıbackend

Hubble teleskopu birləşən iki spiral qalaktikanı çəkir.

Əvvəlcə belə görünə bilər ki, təsvirdə qəribə formalı bir qalaktika göstərilir, lakin bu belə deyil. Avropa Kosmik Agentliyi (ESA) Hubble teleskopu ilə çəkilmiş Arp 122 obyektinin şəklini paylaşıb. Maraqlıdır ki, o, əslində digər iki qalaktikadan ibarətdir: əyilmiş spiral qalaktika NGC 6040 və üz-üzə olan spiral qalaktika LEDA 59642.

İki qalaktikanın kosmik toqquşması Yerdən 570 milyon işıq ili uzaqlıqda baş verib. Hubble təsviri məhz obyektlərin birləşməsi anında alıb, ona görə də ekspertlər deyirlər ki, birləşmə prosesi başa çatdıqdan sonra Arp 122-nin necə görünəcəyini öyrənmək maraqlı olardı.

Bundan əvvəl Hubble teleskopu müəmmalı qalaktikalararası partlayışı çəkmişdi.

Mənbə: mail.ru

Aynur Camal