İki şairə 7 il 5 il yarım həbs cəzası verildibackend

Rusiya məhkəməsi müharibə əleyhinə şeirlər oxuyan iki şairi nifrət və düşmənçilik yaratmaq ittihamı ilə 5 il yarım 7 il müddətinə azadlıqdan məhrum edib.

“Yeni Gundem”in əldə etdiyi məlumata görə, Ukraynada müharibə davam edərkən Rusiyada müharibə əleyhinə aksiyalarda iştirak edən şəxslər saxlanılır.

Rusiyadakı insan haqları qrupunun məlumatına görə, 2022-ci ilin fevralından 2023-cü ilin dekabrına qədər Rusiyada müharibəyə etiraz edən və ya müharibə əleyhinə bəyanatlardan istifadə etdiyi üçün orta hesabla 19.847 nəfər saxlanılıb.

Ötən gün paytaxt Moskvanın Tverskoy Rayon Məhkəməsində hakim qarşısına çıxan rus şairi Artyom Kamardin 2022-ci ilin sentyabrında Moskvada küçə tədbirində müharibə əleyhinə şeirlər oxuduğu üçün 7 il həbs cəzasına məhkum edilib. Məhkəmə Kamardini milli təhlükəsizliyi pozmaqda, nifrət və düşmənçiliyi qızışdırmaqda təqsirli bilib. Bildirilib ki, məhkəmədəki ifadəsində əməllərinin qanuna zidd olduğunu bilmədiyini bildirən Kamardin amnistiya istəyib, lakin rədd edilib.

Sözügedən tədbirdə iştirak edən və Kamardinin şeirlərini oxuyan Yeqor Ştovba da eyni cinayətlərə görə 5 il yarım azadlıqdan məhrum edilib.

Moskvanın mərkəzində Şair Vladimir Mayakovskinin heykəli önündə keçirilən tədbirə qatılan kütlə polis tərəfindən sürətlə dağıdılıb, Kamardin və bəzi iştirakçılar saxlanılıb.

Mənbə: hurriyyət.tr

Aynur Camal