İndoneziyada iki sərnişin qatarı toqquşub: Ölən və yaralananlar var.
Toqquşma nəticəsində azı 3 nəfər ölüb, 28 nəfər yaralanıb. Əraziyə təcili yardım, xilasetmə və polis qrupları sövq edilib.
PT KAI dəmir yolu operatorunun sözçüsü Ayen Hanepi bildirib ki, toqquşan qatarlar Şərqi Yavanın Surabaya şəhərindən Bandunq şəhərinə 287 sərnişini olan Turanqqa qatarı və 191 sərnişini olan yerli şəhərətrafı xətt olub.
Qərbi Yava polisinin sözçüsü İbrahim Tompo şəhərətrafı qatarda olan 3 ekipaj üzvünün həyatını itirdiyini, 28 nəfərin isə yaralandığını açıqlayıb. Tompo yaralıların xəstəxanaya aparıldığını bildirib. Qəzanın səbəbi hələlik məlum olmasa da, araşdırmalara başlanılacağı bildirilib.
Mənbə: TGRT
Aynur Camal