İki uşaq dəm qazından boğularaq ölübbackend

Kürdəmirdə iki uşaq dəm qazından boğulub.

Karrar kənd sakinləri 2012-ci il təvəllüdlü Səma Qasımzadə və 2014-cü il təvəllüdlü Fəridə Qasımzadə yaşadıqları evdə dəm qazından boğularaq ölüb.

Uşaqlar hamam otağında qazla çalışan suqızdırıcısından qaz sızması nəticəsində ölüblər.

Onları anaları hamam otağında ölmüş vəziyyətdə aşkarlayıb.

Faktla bağlı araşdırma aparılır.