ABŞ prezidenti Bayden Avropanı birləşdirmək və Putini sıxışdırmaq planlarını açıqlayıb.
“Yeni Gundem” xəbər verir ki, Amerika lideri Co Bayden CBS telekanalına müsahibəsində ikinci prezidentlik müddəti üçün planlarından, xüsusən də Rusiyanı sıxışdırmaq istəyindən danışıb.
“Düşünürəm ki, əgər biz bütün Avropanı birləşdirə bilsək və nəhayət, Rusiya prezidenti Vladimir Putini yaratdığı problemlərə görə sıxışdıra bilsək, bəzi problemlər həllini tapar”, o deyib.
Bundan əlavə, Bayden Yaxın Şərq ölkələri ilə münasibətləri normallaşdırmaq niyyətində olduğunu açıqlayıb. “Dünyanı daha yaxşı bir yerə çevirmək üçün böyük imkanlarımız var” Ağ Evin sahibi deyib.
Həmçinin xatırladaq ki, Amerika prezidenti 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək qərarını rəsmən açıqlayıb. O, işinin Amerika demokratiyasını qorumaq olduğunu vurğulayıb.
Mənbə: Lenta.Ru
Aynur Camal