İlham Əliyev Azərbaycan xalqını təbrik etdibackend

Məlum olduğu kimi, Azərbaycan, Rusiya Prezidentləri və  Ermənistan baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

“Yeni Gündəm” xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edərək bütün laçınlıları təbrik edib: “Əziz həmvətənlər. Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Biz bir güllə atmadan Laçın rayonunu qaytardıq, düşməni buna məcbur etdik”.