İlham Əliyev: Səfirliyin açılması Azərbaycan-İsrail münasibətlərinin inkişafına töhfə verəcəkbackend

“Biz tarixən dostluq və qarşılıqlı anlaşma şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-İsrail münasibətlərinə xüsusi əhəmiyyət veririk”.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İsrailin Baş naziri Benyamin Netanyahuya ünvanladığı təbrik məktubunda bildirib.

“Bu ilin noyabrında Azərbaycanın İsraildə Səfirliyinin təsis edilməsi barədə qərar qəbul edilmişdir.

Ümidvaram ki, Səfirliyimizin açılması Azərbaycan-İsrail münasibətlərinin inkişafına töhfə verəcəkdir” – dövlət başçısı məktubda qeyd edib.