İlham Əliyevin YAP-ın 30 illik yubileyindəki çıxışı hər bir partiya üzvünün gələcək fəaliyyətinin yol xəritəsi olacaqdır – Deputatbackend

Bugünlərdə qurucusu və ideya müəllifi çağdaş dövlətimizin banisi Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi qeyd edildi.Öncə onu demək istərdim ki, bu yubiley istər ölkəmizin ictimai-siyasi həyatında, istərsə də YAP-ın təsis olduğu ilk gündən bugünədək fəaliyyətində tarixi bir hadisə idi.Məhz bu yubiley 44 günlük Vətən müharibəsində qazandığlmız möhtəşəm Zəfərdən sonra Partiyanın respublika səviyyəsində ilk tədbiri idi.Bu yubiley tədbiri həm də Partiyamızın sədrinin, Müzəffər Ali Baş Kamandan kimi qatılması və parlaq çıxış etməsi ilə tarixin qızıl səhifələrinə yazılacaqdır.

Bu sözləri “Yeni Gundem” -ə açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.

Yubiley tədbirininin yadda qalan məqamlarından biri də tədbirdə qardaş TDT-nın üzvü olan ölkələrinin iqtidar partiyasının,eləcə də Vahid Rusiya partiyasının yüksək təmsilçilərinin də iştirak etməsi idi. Yubileyin ən əsas və yaddaşlarda əbədi qalan məqamlardan biri də Prezident İlham Əliyevin tədbirdəki çıxışı idi. Hər cümləsinin bir tezis olan bu tarixi çıxış hər bir partiya üzvünün, eləcə də hər bir azərbaycanlının gələcək fəaliyyətinin yol xəritəsi olacaqdır. Möhtərəm Prezidentimiz mükəmməl çıxışı ilə partiyamızın keçdiyi şərəfli və keçməkeşli tarixi iştirakçıların diqqətinə çatdırdı. O, Sovetlərin dağılması və Azərbaycanın müstəqilliyinə doğru getdiyi illərdə xalqın ən aydın ziyalılarının xalqın nicatını ulu öndərimiz Heydər Əliyevlə bağlı olduğunu xatırlatması,ən çətin illərdə Azərbaycanın görkəmli nümayəndələrinin, vətənpərvər insanlarının ölkənin düşmüş olduğu böhrandan ancaq Heydər Əliyevin çıxarmasında görürdülər. Məhz buna görə də onlar o dövrdə Ulu Öndərə müraciət ünvanlayaraq xalqa rəhbərlik etməyə, daha doğrusu xalqa sahib çıxmağa dəvət edirdilər. Partiyamızın sədri, möhtərəm Prezidentimiz respublikamızın bütün bölgələrində beş yüzdən çox ziyalının iştirak etdiyi Naxçıvanda keçirilən ilk təsis iclasına getməsini qeyd etdi. Möhtərəm Sədr o dövrü təhlil edərək Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurətdən doğduğunu dəlillərlə sübut edirdi. Bildiyimiz kimi o dövrdə gənc müstəqil Azərbaycan Dövləti ən çətin günlərini yaşayırdı. Müstəqilliyimizin ilk ili xüsusilə çox ağır olmuş, xalqımız hətta bir sıra böyük faciələr yaşamışdır. 21 noyabr 1992-ci ildə müxalifət Partiyası kimi təsis edilən Yeni Azərbaycan Partiyası ilk gündən ölkəmizin ictimai siyasi həyatında umidverici, yeni siyasi qüvvə kimi yaranmışdır. Hətta müxlifətdə olduğu dövrdə belə Yeni Azərbaycan Partiyası tezliklə xalqın və gənc dövlətin ən ağır problemlərinin, yükünü öz üzərinə götürə bilmişdi.
Tarixinin ən ağır dövrünü yaşayan Respublikamızda bütün sahələrdə ağır böhran hökm sürürdü. Ölkə iqtisadiyyatı və əhalinin sosial vəziyyəti gündən-günə ağırlaşır, yoxsulluq ən yüksək həddə çatmışdı. Öllkədə ordu əvəzinə ayrı-ayrı insanlara və qruplara xidmət edən silahlı qruplar var idi. Müxalifətdə olmasına baxmayaraq YAP ölkədə və bölgədə baş verən hadisələri düzgün dəyərləndirirdi. Dövlətçilik tariximizin ən dəhşətli illəri olan həmin dövrü iqtidarda olan bugünkü müxalifətin qara ləkə və xəyanəti hesab etmək olar. Heç bir bacarıq, bilik və təcrübəsi olmayan təsadüfü insanların dövlətin yüksək postlarına gətirilməsi gənc dövlətimizi süquta doğru aparırdı. Məhz həmin dövrdə artıq Qarabağın bəzi rayonları təcavüzkar qonşularımız tərəfindən artıq işğal olunmuşdur. 1992-ci ilin mayında isə alınmaz qala olan Şuşa və keçilməz diyar olan Laçın işğal olundu. Bununla da ölkə xaos və böhran girdabına girdi. Ölkədə siyasi böhran elə bir ağır duruma düşdü ki, vətəndaş müharibəsi baş verdi. Bir tərəfdən Sadvalçılar, digər tərəfdən Talış-Muğan qondarma respublikaları separatçılar üçün instrument oldu. Xocalı faciəsi törədilmişdi. Ölkədə elə durum yaranmışdı ki, dövlətin mövcud iqtidar tərəfindən idarə edilməsi artıq mümkün deyildi. Eyni zamanda işğalçı Ermənistanın quldur silahlı qüvvələri getdikcə daha çox əraziləri işğal edirdi. Bütün bunlar isə xalqın hiddət və etirazını daha da artırdı. Nəhayət Gəncədə baş verən qiyam xalqın səbrini son həddə çatdırdı və xalq təkid və tələblə Heydər Əliyevin Bakıya gəlməsi üçün ayağa qalxdı. O zaman Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri idi. Ulu Öndərimiz Ali Məclisin sədri olduğu dövrdə o təkcə Naxçıvanı blokadadan və işğaldan qurtarmamışdı. O həm də qəbul etdiyi qərarlarla bütün xalqın puç olmuş umidlərini canlandırdı. Xalq artıq özünün və qovuşduğu müstəqil dövlətin yeganə xilaskarı kimi Heydər Əliyevi görürdü və onun xalqa rəhbərlik etməsi üçün yorulmadan, həftələrlə mitinqlər edirdi. Ulu Öndərimiz tutduğu bütün vəzifələrdə hər zaman xalqına sonsuz məhəbbətlə, fədakarlıqla xidmət etmişdi. Bu səbəbdən də xalqının uçrum və fəlakətlə üzləşdiyi zamanda O, heç vaxt laqeyd qala bilməzdi. Bəli Heydər Əliyev 4 iyun 1993-cü ildə Bakıya gəldi. Qısa müddət ərzində ölkəni fəlakətdən xilas etdi və qardaş qırğınının qarşısını aldı. Dahi şəxsiyyət öncə parlamentə sədr, sonra isə ən qısa müddətdə respublikamıza prezident seçildi.Ulu Öndərin öz xalqı qarşısında görmüş olduğu xidmətlər haqqında cildlərlə kitab yazmaq olar. Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin strateji xəttini müəyyən edən ən önəmli və əsas addımlar atılmışdır.Ölkə daxilində sabitlik və təhlükəsiz mühit yaradıldı. 1994-cü ilsə Atəşkəs sazişi və Əsrin Neft Müqaviləsi imzalandı. Güclü və nizami ordu quruculuğunun əsası qoyuldu.
Dövlətin Ana yasası olan Konstitusiya qəbul edilmişdir. Bütün sahələrdə hüququn aliliyinə, demokratik prinsiplərə əsaslanaraq fundamental islahatlar aparılmağa başlandı: Müstəqil dövlətçiliyin əsasları qoyuldu. Müəllifi olduğu Bakı-Tiflis-Ceyhqn, Bakı-Tiflis-Ərzurum və Bakı-Tiflis-Qars kimi strateji layihələrin təməli qoyuldu. Azərbaycan-Türkiyə ilə qranit qollarla ayrılmaz hala gəldi. Bugün Azərbaycan Ulu Öndərimiz Heydər Əliyevin işıqlı ideyaları ilə, onun müdrik siyasəti ilə dünyaya günəş kimi sanki yenidən doğulmuşdu. Məhz bu ideyalar Azərbaycanı Şuşa zəfəri adlanan zirvəyə ucaltmışdır. Hər birimizin qürur duyduğumuz bu ucalıq buradan təkcə Azərbaycana deyil bütövlükdə bölgədə işıq saçır. Heydər Əliyev xalqımıza üç tükənməz əmanət buraxmışdı. Əbədi və sarsılmaz Müstəqil Azərbaycan dövləti, özü qədər inandığı əyilməz, yenilməz, dünya şöhrətli Müzəffər Lider və Yeni Azərbaycan Partiyası. İnşallah əsrlər keçəcək, nəsillər bir-birini əvəz edəcək, amma xalqımız bu əmanətləri göz bəbəyi kimi qoruyacaqdır. Bir sözlə hesab edirəm ki, möhtərəm Prezidentimiz, YAP-ın sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının 30 illik yubileyindəki çıxışı hər bir partiya üzvünün gələcək fəaliyyətinin yol xəritəsi olacaqdır.