Alimlər Antarktidada ilk dəfə quş qripi (H5N1) virusunun aşkar edildiyini açıqlayıblar.
“Yeni Gundem” The Guardian-a istinadən bildirir ki, alimlər H5N1 virusunun Britaniyanın dəniz kənarındakı ərazisinə daxil olan Quş adasında zibilçi quş növündə aşkarlandığını açıqlayıblar.
Alimlər qitədə ilk dəfə rast gəlinən virusun Antarktidanın zəngin canlı populyasiyasına dağıdıcı təsir göstərə biləcəyini düşünürlər.
Britaniya Antarktika Tədqiqat İnstitutundan (BAS) Ashley Bennison, adadakı quşlardan götürülmüş nümunələrin H5N1 üçün müsbət olduğunu bildirib.
“Bu, çox acınacaqlı bir vəziyyətdir. Biz adadakı növləri mümkün qədər izləməyə davam edəcəyik, lakin bu anda virusun tam təsirindən əmin deyilik” Bennison deyib.
Antarktika Araşdırma Elmi Komitəsinin bölgəyə çatan quş qripinin təsirləri ilə bağlı hazırladığı risk qiymətləndirmə hesabatında bölgədəki pinqvinlərlə yanaşı, xəz suitilər, dəniz aslanları, skua və qağayıların da risk altında olduğu ortaya çıxıb.
Hesabatın aparıcı müəlliflərindən biri olan Dr. Meagan Dewar, xəstəliyin yayılmasının bölgədəki vəhşi təbiətin gələcəyinə və Antarktidadan gələn canlılara dağıdıcı təsir göstərə biləcəyini söyləyib.
Mənbə: TrtHaber
Aynur Camal