İlk dəfə Çindən ABŞ-a pandalar icarəyə verilirbackend

Çinin 20 ildən artıq müddətdə ilk dəfə olaraq ABŞ-ın Kaliforniya ştatındakı San Dieqo zooparkına pandaları icarəyə verəcəyi bildirilir. San Dieqo Zooparkının Vəhşi Təbiət Alyansının sözçüsü CNN-ə bildirib ki, zoopark ziyarətçilərinin yaxın gələcəkdə iki nəhəng pandası olacaq.

Sözçü pandaların zooparka gələcək tarixinin hələ müəyyən edilmədiyini bildirib və “Ümid edirəm ki, pandalarımızı çox da uzaq olmayan bir tarixdə alacağıq” deyib.

Çin Vəhşi Təbiəti Qoruma Dərnəyinin sədri yerli mətbuata verdiyi açıqlamada pandaların tezliklə San Dieqo Heyvan Bağına göndəriləcəyi ilə bağlı məlumatı paylaşaraq, “Ölkə xaricində yaşayan nəhəng pandaların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi ən vacib məsələdir. beynəlxalq əməkdaşlığın mühüm prinsipidir” qiymətləndirməsini edib.

Çin və ABŞ arasında təxminən 52 il davam edən “panda diplomatiyası” 2000-ci il dekabrın 6-dan milli zooparkda icarəyə götürülən Mei Xiang və Tian Tianın 7 dekabr 2023-cü ildə ölkəni tərk etməsi ilə sona çatıb.

 Çinin panda diplomatiyası

Çin “panda diplomatiyası” adlı proqram çərçivəsində pandaları 20-dən çox ölkəyə icarəyə verir.

Çin xalqının böyük rəğbətini qazanan pandalar uzun illərdir ki, digər ölkələrlə dostluğun möhkəmləndirilməsində, gərginlik yaşayan ölkələrlə buzların qırılmasında və ölkənin imicinin möhkəmlənməsində böyük rol oynayır.

Pekinin Vaşinqtonla panda diplomatiyası 1972-ci ildə başlanmışdı, lakin Çin-ABŞ münasibətləri pisləşdikcə dayandı.

Keçən ilin dekabrında müqavilə müddəti bitdikdən sonra 3 pandanın vətənə qaytarılmasından danışan Çin prezidenti Si Cinpin “Çin və Amerika xalqları arasında dostluq səfiri kimi” yenidən ABŞ-a panda göndərə biləcəklərini açıqlayıb.

Mənbə: TrtHaber

Aynur Camal