İlk yerli sualtı qayıq “Rhino” sınaqdan keçirildibackend

Tayvan yerli istehsal etdiyi “Narwhal” adlı “müdafiə tipli” sualtı qayığını ilk dəfə suda sınaqdan keçirib.

Tayvan Beynəlxalq Gəmiqayırma Şirkəti, “Narwhal” ın liman qəbulu sınaqlarının son mərhələsinə daxil olduğunu açıqlayıb. Şirkət rəsmiləri bildiriblər ki, 7 saatdan çox davam edən üzmə qabiliyyəti sınağı Kaohsiung şəhərindəki limanda aparılıb.

Keçən il Narvalın rəsmi buraxılış mərasimindəki çıxışında Tayvan lideri Tsai İnq-ven yerli istehsal olan sualtı qayığın “dəniz donanmasının asimmetrik döyüş qabiliyyəti üçün kritik əhəmiyyət daşıdığını” vurğulayıb və bunun Tayvanın “müdafiə muxtariyyətinə” töhfə verəcəyini bildirib.

Digər tərəfdən, Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qien, Tayvanın təşəbbüsünü tənqid edərək, “Tayvan səlahiyyətliləri nə qədər silah istehsal etsələr və ya satın alsalar da, milli inteqrasiyanın ümumi tendensiyasını dayandıra bilməyəcəklər. Çin ordusu milli müstəqilliyi və ərazi bütövlüyünü müdafiə etməlidir” deyib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning, “Tayvanın müstəqilliyi ideyasına inadla sadiq olanlar Tayvan xalqının zəhmətlə qazandıqları pulu silah almaq və Tayvan boğazında qarşıdurma aparmaq üçün xərcləyirlər. Tayvan Çinin ayrılmaz bir hissəsidir” deyib. Tayvan boğazının hər iki tərəfi ayrıdır. Daha sonra yenidən birləşəcək”.

O, aşağıdakı ifadələri işlədib:

Çinin ərazisinin bir hissəsi olduğunu iddia etdiyi Tayvan, Çin Xalq Respublikasının yarandığı 1949-cu ildən bəri faktiki müstəqillik əldə edib. Vətəndaş müharibəsindən sonra materik Çin və Tayvan arasında yaranan ayrılıq hələ də davam edir.

Mənbə: TGRT

Aynur Camal