“İlkə imza atdığım üçün şadam” – Günay Məmmədzadəbackend

Çexiyanın paytaxtı Praqadakı Avropa çempionatında gümüş medal qazanan Azərbaycanın qadın şahmatçısı Günay Məmmədzadə bununla bağlı sosia şəbəkədə paylaşım edib.

“Yeni Gündəm” xəbər verir ki, o, ilkə imza atdığı üçün sevincli olduğunu bildirib:

“Vətənim adına ilkə imza atdığım üçün – Avropa Çempionatının gümüş medalını qazandığım üçün çox şadam. Bu günlərdə hər birinizin dəstəyini hiss edirdim. Hər birinizə təşəkkür edirəm. Yola davam”.