İllər sonra Türkiyə və Ermənistan arasında internet əlaqəsi quruldubackend

Türkiyə və Ermənistan arasında internet əlaqəsi qurulub.

“Yeni Gundem” xəbər verir ki, bu barədə TRT Haber diplomatik mənbəyi məlumat yayıb.
Xəbərdə deyilir:”İstanbul və İrəvan arasında 2022-ci il fevralın 2-də başladılan birbaşa uçuşlar davam etdirilir. İki ölkə sakinlərinin artıq rahat şəkildə səfər etdikləri vurğulanır.”
Bildirilir ki, iki ölkə arasında internet əlaqələri də qurulub: “Əvvəllər Türkiyə vətəndaşları Ermənistana səfər üçün vizanı Tbilisi vasitəsilə alırdılar. Buna səbəb isə Ermənistanla əlaqələrin olmaması idi. Əvvəllər Ermənistanda internet bütün Türkiyə üçün bağlı idi. İndi artıq iki ölkə arasında internet əlaqəsi bərpa edilib və açıqdır. Konsulluq işləri də çox yaxşı irəliləyir”.

Fərahim Rəhimov