İlon Mask dünyaya atdığı tarixi addımı açıqladı.backend

Neuralink ilk dəfə insanın beyninə çip yerləşdirdi!

Musk bu məqsədlə qurduğu Neuralink şirkətinə məxsus simsiz çipin ilk dəfə insan beyninə müvəffəqiyyətlə implantasiya edildiyini açıqlayıb.

Neuralink-in ilk cihazının adının ‘Telepatiya’ olduğunu açıqlayan Mask, çip taxılan xəstənin sağalmaqda olduğunu əlavə edib.

Şirkət insan beynini kompüterlə birləşdirərək mürəkkəb nevroloji problemlərə həll yolları yaratmağı qarşısına məqsəd qoyduğunu bildirir. Tesla və SpaceX-in qurucusu və sosial media platforması X-in sahibi Elon Musk, insan beynini kompüterə qoşmağa çalışan layihələrində yeni mərhələyə keçdiklərini açıqlayıb.

Neuralink şirkətinin rəqibləri daha əvvəl oxşar cihazları beyinə yerləşdirməyə nail olublar. ABŞ Qida və Dərman İdarəsi (FDA) May ayında Maskın şirkətinə çipləri insanlar üzərində sınaqdan keçirməyə icazə verib.

Altı il davam edəcək araşdırmada beyninin müəyyən hissələrinə insan saçından daha nazik 64 elastik sap yerləşdiriləcək.

Şirkətin açıqlamasına görə, eksperimental çip simsiz enerji ilə doldurula bilən batareyalarla işləyir. O, beyin siqnallarını qeyd edir və onları simsiz olaraq cihaza göndərir. Beləliklə, insanın necə hərəkət etmək istədiyi barədə siqnallar kompüterdə işlənə bilər.

Neuralink deyir ki, bu çiplər zamanla demans, Parkinson xəstəliyi və onurğa beyni zədələri kimi sağlamlıq problemlərinə kömək edə bilər. Elon Musk qeyd edib ki, Telepatiya adlanan cihaz “telefonları, kompüterləri və bütün elektronikanı yalnız düşüncə ilə idarə etməyə imkan verəcək”.

“Təsəvvür edin ki, Stiven Hokinq daha sürətli ünsiyyət qura bilsəydi məqsədimizə çatardıq”, – Mask deyib.

Digər tərəfdən, Neuralink-in rəqiblərindən olan Blackrock Neurotech adlı Yuta ştatında yerləşən bir şirkət ilk beyin implantını 2004-cü ildə etmişdi.

Precision Neuroscience adlı şirkət iflic olan xəstələri dəstəkləmək üçün implantlar da istehsal edir.

Mənbə: hurriyyət.tr

Aynur Camal