İlqar Məmmədov: “İrəvan istəyir ki, Rusiya həmişəki kimi müdaxilə etsin”backend

“Bu gecə Gəncəyə edilən hücumdan sonra hər şey daha da aydındır. Bir tərəfdən atəşkəs Azərbaycana özünün davakar olmadığını, doğrudan da sülh istədiyini dünyaya sübut etməyə imkan verdi. Digər tərəfdən, atəşkəsə qədər hərbi geriləməkdə olan Ermənistanın marağı ifşa olundu: İrəvan müharibəni o nöqtəyə qədər qızışdırmaq istəyir ki, Rusiya həmişəki kimi onun tərəfində müdaxilə etsin”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu ReAl Partiyanın sədri İlqar Məmmədov deyib.

“Bunun cavabı nə olmalıdır: Ermənistanın mülki şəxslərimizə və ordumuza qarşı etdiyi hücumlarının dayaq nöqtələri məhv edilməli, Rusiya qarışmaq istəsə, Türk ordusu rəsmən parlament tərəfindən Azərbaycana, o cümlədən Dağlıq Qarabağa dəvət edilməlidir” – İ.Məmmədov qeyd edib.