Pakistan Ədalət Fəaliyyət Partiyasının (PTI) lideri Gohar Khan, həbsdə olan keçmiş baş nazir İmran Xanın 8 fevral 2024-cü ildə keçiriləcək ümumi seçkilərdə həbsxanadan parlament namizədi olacağını açıqlayıb.
Pakistanda keçmiş baş nazir İmran Xan avqustun 5-də məhkəmə tərəfindən mühakimə olunduğu korrupsiya işində onun barəsində həbs qərarı çıxardıqdan sonra polis tərəfindən tutularaq həbsxanaya göndərilib.
Mühakimə olunduğu korrupsiya işi çərçivəsində İmran Xana verilən 3 illik həbs cəzası avqustun 29-da təxirə salınıb və Xanın girov müqabilində azadlığa buraxılmasına qərar verilib.
Lakin avqustun 30-da hakim Əbülhəsnət Zülkərneyn prokurorluğun tələbi ilə “dövlət sirrini açmaqda” ittiham olunan İmran Xanın həbs müddətini uzadıb.
Milli mediada yer alan xəbərə görə, Ravalpindidə mətbuata açıqlama verən Gohar Xan, məhbus İmran Xanın İslamabad, Lahor və Mianvalidən keçiriləcək ümumi seçkilərdə parlament üçün yarışacağını bildirib.
Mütəxəssislər Xanın seçkilərdə iştirak etmək üçün uzun müddət hüquqi mübarizə aparmalı olacağını vurğulayaraq, keçmiş baş nazirin texniki cəhətdən parlamentə girmək hüququna malik olduğunu, lakin ona qarşı çoxlu işlərin olduğunu qeyd ediblər.
Xatırladaq ki, Vəkil Qohar Xan dekabrın 2-də PTI-nin yeni sədri olmuşdu.
Xəbər mənbəyi:Anadolu Agentliyi (AA)
Aynur Camal